AZ RU EN
Наши контакты

CİBPAY İSTİFADƏÇİ RAZILAŞMASI

  • Ümumi müddəalar

    • Bu İstifadəçi Razılaşması “CİBPAY” MMC-yə (bundan sonra “Təşkilat”) məxsus aşağıdakı internet səhifələrinə və onların alt domeyn adlarına (bundan sonra Sayt) şamil olunur:
    • Bu Saytlara daxil olmaqla İstifadəçi Təşkilatın xidmətindən, proqram təminatı həllərindən və ya digər istifadəçi interfeyslərindən istifadə edərək, bu İstifadəçi Razılaşmasında əks olunan müddəaları qəbul etmiş olur.
  • Giriş

    • Təşkilat Azərbaycan Respublikasının Mərkəzi Bankının 12.09.2024-cü il qərarı ilə № ÖT-006 saylı “Ödəniş Təşkilatı” lisenziyası almışdır.
    • Təşkilat “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanununa (bundan sonra Qanun) əsasən aşağıdakı ödəniş xidmətlərini göstərir:
    • Kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;
    • Ödəniş əməliyyatının ekvayrinqi
    • Bu İstifadəçi Razılaşması, Təşkilatın proqram təminatından istifadə qayda və şərtlərini müəyyən edir.
    • İstifadəçi Təşkilatın məhsul və xidmətlərindən istifadə etməzdən əvvəl bu İstifadəçi Razılaşmasını və Təşkilatın Məxfilik Siyasətini oxumalı, anlamalı və razılaşmalıdır.
  • Xidmət Şərtlərinin Qəbulu

    • İstifadəçi Təşkilatın xidmətlərindən istifadə edərkən, Saytları ziyarət edərkən, www.cibpay.az/user-agreement ünvanında mövcud olan bu İstifadəçi Razılaşması ilə razılaşmış olur.
    • İstifadəçi bu İstifadəçi Razılaşması ilə razılaşmırsa, Təşkilatın ödəniş həllərindən istifadə etməməlidir. İstifadəçi Razılaşmasında qeyd olunan hər hansı şərtin pozulması İstifadəçi hesabının bağlanması və (və ya) Təşkilat vasitəsilə ödəniş imkanından məhrum olunması ilə nəticələnəcək.
    • Təşkilatın bu İstifadəçi Razılaşmasında və ya Tərəfdaşları ilə imzaladığı Müqavilələrdə nəzərdə tutulmuş hər hansı bir hüququndan istifadə etməməsi və ya həyata keçirməməsi, bu hüquqdan imtina etməsi anlamına gəlmir. Təşkilat bu İstifadəçi Razılaşması və ya Tərəfdaşları ilə imzaladığı Müqavilələr ilə müəyənləşdirilmiş bütün hüquqlarından istifadə və ya həyata keçirmə hüququnu daim özündə saxlayır.
  • Xidmət Şərtlərində Dəyişiklik

    • Təşkilat vaxtaşırı olaraq, xəbərdarlıq etmədən, bu İstifadəçi Razılaşmasını, öz mülahizəsinə əsasən müstəqil şəkildə dəyişdirmək hüququnu özündə saxlayır. Bu İstifadəçi Razılaşmasının ən son versiyasını www.cibpay.az/user-agreement  ünvanına daxil olaraq nəzərdən keçirə bilərsiz. İstifadəçi Razılaşmasının ən son versiyası əvvəlki bütün versiyaları əvəz edəcək.
    • Bu İstifadəçi Razılaşmasının hər hansı bir müddəası səlahiyyətli məhkəmə orqanı və ya nəzarətçi qurum tərəfindən etibarsız və ya icra edilə bilməz sayılarsa, İstifadəçi Razılaşması ləğv olunmur və razılaşmanın qalan müddəaları qüvvədə qalır.
  • İstifadəçi Hesabı

    • Təşkilat Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və nəzarətçi qurumların müvafiq təlimatlarına əsasən İstifadəçilər üçün ən müasir təhlükəsizlik standartlarına cavab verəcək şəkildə istifadəçi üçün şərait yaratmaq öhdəliyi daşıyır.
    • İstifadəçinin şəxsi səhlənkarlığı, Təşkilatın xidmətlərindən düzgün istifadə etməməsi, İstifadəçi məlumatları və ya ödəniş alətlərinə dair məlumatların bilərəkdən üçüncü tərəflərə ötürməsi kimi hallarda İstifadəçiyə dəymiş ziyana görə Təşkilat heç bir məsuliyyət daşımır;
    • İstifadəçi Təşkilatın xidmətlərindən qanunsuz fəaliyyət, üçüncü tərəflərə ziyan vurmaq, digər İstifadəçilərin şəxsi məlumalarını ələ keçirmək üçün istifadə edə bilməz.
    • İstifadəçi tərəfindən İstifadəçi Razılaşmasının hər hansı bəndinin pozulması halı aşkar olunarsa Təşkilat bu halı törətməkdə şübhələndiyi İstifadəçinin öz İstifadəçi Hesabına girişini müvəqqəti olaraq dayandıra və ya Təşkilat vasitəsilə ödəniş etmək imkanını məhdudlaşdıra bilər.
    • Bu İstifadəçi Razılaşmasının 4.4. bəndində qeyd olunan halların İstifadəçi tərəfindən ən az 3 dəfə təkrar olunduğu halda Təşkilat həmin İstifadəçinin İstifadəçi Hesabını bağlamaq və (və ya) Təşkilat vasitəsilə ödəniş imkanından məhrum etmək hüququnu özündə saxlayır.
  • İstifadəçi Davranışı və Qaydaları

    • İstifadəçilər tərəfindən Təşkilatın xidmət platformasında istifadə olunan və ya Təşkilat tərəfindən ötürülən hər hansı bir mətn, qrafik, fotoşəkil və ya digər məlumatlar (birlikdə "Material ") bu Materialı Təşkilata ötürən İstifadəçilərə aiddir. İstifadəçi bu Materiala görə müvafiq qanunvericilik qarşısında, digər İstifadəçilərdən və ya üçüncü tərəflərdən gələ biləcək sorğu və şikayətlərə görə tam məsuliyyət daşıyır.
    • Təşkilat İstifadəçilər tərəfindən yerləşdirilmiş hər hansı bir Materiala görə, Təşkilatdan asılı olan və müvafiq qanunvericilik ilə yoxlanılması tələb olunan hallar istisna olmaqla, heç bir məsuliyyət daşımır.
    • Təşkilatın Məxfilik Siyasətində və müvafiq qanunvericilikdə təsvir olunduğu hallar istisna olmaqla, İstifadəçi Təşkilatdan heç bir Materialın məxfi hesab edilməsini tələb edə bilməz.
    • İstifadəçi Təşkilatın xidmətlərindən istifadə edərkən hər hansı bir kompüter proqramının və ya cihazın funksionallığını zədələmək və ya Təşkilatın xidmətini məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş proqram virusları və ya hər hansı digər kompüter kodunu, faylları və ya proqramları ehtiva edən hər hansı bir material yükləməməli, e-poçt və ya başqa şəkildə göndərməməli və ya ötürməməlidir.
    • Təşkilatda İstifadəçi Hesabına sahib İstifadəçi, öz Hesabına daxil olmaq üçün Təşkilatın məsul şəxsi tərəfindən ona təqdim olunan müvəqqəti parolunu, bu parolun yarandığı 24 (iyirmi dörd) saat ərzində dəyişməlidir.
    • İstifadəçinin Təşkilatın İstifadəçi Hesabına daxil olmaq üçün istifadə etdiyi parol ən yüksək təhlükəsizlik standartlarına cavab verəcək şəkildə yaradılmalıdır.
    • İstifadəçi, İstifadəçi Hesabına daxil olmaq üçün təyin etdiyi parolu üçüncü şəxslər tərəfindən sui-istifadə olunmasının qarşısını almaq məqsədilə ən yüksək təhlükəsizlik tələblərinə riayyət edərək qorumalıdır.
    • İstifadəçi, İstifadəçi Hesabına daxil olmaq üçün Təşkilatın məsul şəxsi tərəfindən ona təqdim olunan sertifikatı İstifadəçi Hesabına daxil olduğu kompüterdə təhlükəsizlik tələblərinə cavab verəcək şəkildə saxlamalı, üçüncü şəxslər tərəfindən sui-istifadə olunmasının qarşısını almaq məqsədilə ən yüksək təhlükəsizlik tələblərinə riayyət etməlidir.
    • İstifadəçi tərəfindən Təşkilatın məsul şəxslərinə qarşı təhqir və ya təhdid xarakterli müraciəti, əxlaqdan kənar davranışları İstifadəçi hesabının bağlanması və (və ya) Təşkilat vasitəsilə ödəniş imkanından məhrum olunması ilə nəticələnəcək.
  • İstifadəçi Hesabının bağlanması

    • İstifadəçi istənilən vaxt öz hesabının bağlanması ilə bağlı Təşkilata müraciət edə bilər.
    • İstifadəçi Təşkilatın ödəniş həllindən istifadə etdiyi zaman ödəniş aləti məlumatlarını Təşkilatın ödəniş həllərində yadda saxlayarsa bu məlumatın silinməsi ilə bağlı Təşkilata müraciət edə bilər.
    • İstifadəçi Hesabının bağlanması və İstifadəçiyə dair məlumatların Təşkilat tərəfindən silinməsi qüvvədə olan qanunvericilik və nəzarətçi qurumlar tərəfindən müəyyən olunan qaydalara əsasən icra olunur.
    • İstifadəçi Hesabının bağlanması nəticəsində İstifadəçiyə aid məlumatın silinməsi baş verərsə İstifadəçi tərəfindən bu məlumatların bərpasının istənilməsi halında həmin məlumatın bərpa olunacağına Təşkilat zəmanət vermir.
  • Şəxsi məlumatların müdafiəsi

    • Qüvvədə olan qanunvericiliyin İstifadəçi haqqında hər hansı bir məlumatın düzgünlüyünü və aktuallığını Təşkilatdan tələb etdiyi hallar istisna olmaqla, İstifadəçi, İstifadəçi Hesabındaki məlumatların həqiqiliyinə, düzgünlüyünə, aktuallığına və qorunmasına görə birbaşa məsuliyyət daşıyır.
    • İstifadəçi, üçüncü şəxslər tərəfindən ondan xəbərsiz İstifadəçi Hesabına girişinə məhdudiyyət qoymaq istəyirsə İstifadəçi Hesabına giriş məlumatlarını (istifadəçi adı və parolu) İstifadəçi Hesabına daxil olmaq üçün istifadə etdiyi brauzerdə yadda saxlamamalıdır.
    • İsitfadəçi, İstifadəçi Hesabına daxil olduqdan sonra fasilə verərsə və ya kompüterdən ayrılıb kompüterə girişi məhdudlaşdırmazsa, İstifadəçi Hesabından çıxmalıdır.
    • İstifadəçi, İstifadəçi Hesabına daxil olmaq üçün məlumatların ondan xəbərsiz və ya İstifadəçinin səhvi ucbatından üçüncü şəxslər tərəfindən ələ keçirdiyini aşkarlayarsa, dərhal Təşkilatın müştəri xidmətlərinə müraciət etməli və İstifadəçi Hesabına giriş məlumatların dəyişdirilməsini tələb etməlidir.
  • Əqli mülkiyyət və müəlliflik hüququ

    • Təşkilat tərəfindən İstifadəçilərə təqdim olunan bütün proqram təminatı həllərinə dair əqli mülkiyyət və müəlliflik hüquqları, əksi qeyd olunmayıbsa, Təşkilata məxsusdur.
    • İstifadəçi, Təşkilatın xidmətlərindən istifadə zamanı qüvvədə olan qanunvericiliyin, varsa Təşkilatla imzaladığı əməkdaşlıq müqaviləsinin, bu İstifadəçi Razılaşmasının və Məxfilik Siyasətinin tələblərinə riayyət etməli, heç bir halda Təşkilata ziyan verəcək fəaliyyətə əl atmamalı və üçüncür şəxslər tərəfindən Təşkilata ziyan vurula biləcək hal və ya hadisələrə şərait yaratmamalıdır.
  • Mübahisələrin həlli

    • İstifadəçi, Təşkilatın ödəniş platformasındakı İstifadəçi Hesabından və ya ödəniş həllindən istifadə zamanı Təşkilatdan qaynaqlanan istənilən iddia və ya mübahisənin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun şəkildə həll olunacağına razılıq verir.
    • İstifadəçi, Təşkilatın ödəniş həlli vasitəsilə, Təşkilatın əməkdaşlıq müqaviləsi bağladığı Qurumun xeyrinə etdiyi ödənişi geri istəmək hüququna sahibdir:
      • İstifadəçiyə, xeyrinə ödəniş etdiyi Qurum tərəfindən xidmət almazsa və ya ödəniş etdiyi məhsulu razılaşdırılan vaxtda almazsa;
      • Qurum tərəfindən İstifadəçiyə ödəniş olunan məhsul və ya xidmət barədə düzgün olmayan məlumat təqdim olunduğu aşkarlanarsa.
  • Yetkinlik yaşına çatmayanlar

    • Təşkilat 18 yaşdan aşağı və ya şəxsin aid olduğu yurisdiksiyada yetkinlik yaşı üçün müəyyən edilmiş yaşa çatmamış İstifadəçilərə xidmət göstərməmək hüququna sahibdir.
  • Əlaqə Məlumatları

    Bu İstifadəçi Razılaşması və Təşkilat tərəfindən göstərilən xidmətlər ilə bağlı əlavə məlumat əldə etmək üçün aşağıdakı əlaqə vasitələri ilə bizimlə əlaqə saxlaya bilərsiniz:

    Şirkət: “CİBPAY” MMC Ünvan: Xətai Plaza, 12-ci mərtəbə Xocalı pr. 13A Bakı, Azərbaycan Müştəri xidmətləri: (+994) 55 350 82 82, [email protected]

    Son dəyişiklik tarixi: 20.12.2024

Контакты

Как подключиться к CIB Pay?

Свяжитесь с нашим менеджером по продажам

(+994 55) 202 71 54

Обслуживание клиентов

[email protected]
Начать сейчас

Есть вопрос?

Часто задаваемые вопросы

Что такое СİB Pay?

CİB Pay — многофункциональный поставщик платежных. услуг Предоставляет услуги по собиранию средств через различные каналы оплат.

Как подключиться к CIB Pay?

Для получения дополнительной информации о наших услугах, пожалуйста, свяжитесь с нашим менеджером по продажам или службой поддержки клиентов.

Для кого предназначен CIB Pay?

Воспользоваться услугой может любой налогоплательщик, занимающийся коммерческой деятельностью

Какими услугами я могу воспользоваться?

  • Э-коммерция
  • Оплата по ссылке
  • QR Код
  • Вывод средств
  • Платежные Терминалы
  • Tap to Phone

Платная ли техническая поддержка CIB Pay?

Наши службы Обслуживания Клиентов и Технической Поддержки доступны бесплатно 24/7

Можно ли оплатить иностранной картой?

Возможна оплата любыми картами Visa и MasterCard

Все платежи осуществляются легко, удобно и безопасно!

Начать сейчас