AZ RU EN
Наши контакты

“CİBPAY” MMC Məxfilik siyasəti

  • Ümumi müddəalar

    • Bu Məxfilik Siyasəti “CİBPAY” MMC-yə (bundan sonra CİBPAY) məxsus aşağıdakı internet səhifələrinə və onların alt domain adlarına (bundan sonra Sayt) şamil olunur:
    • Bu Saytlara daxil olmaqla siz xidmətlərimizdən, proqram təminatı həllərimizdən və ya digər istifadəçi interfeyslərimizdən istifadə edərək, bu Məxfilik Siyasətində əks olunan müddəaları qəbul etmiş olursunuz
    • CİBPAY xidmət göstərərkən üçüncü tərəf xidmət təchizatçılarından istifadə edə bilər. Xidmətin göstərilməsi zamanı CİBPAY-dən asılı olmayan səbəblərə görə xidmətin göstərilməsində hər hansı bir qüsur yaranmasına görə CİBPAY birbaşa məsuliyyət daşımır. CİBPAY-in xidmətindən istifadə zamanı həmin üçüncü tərəfin məxfilik siyasətini nəzərdən keçirməyinizi tövsiyə edirik.
  • Anlayışlar

    • “İstifadəçi” – CİBPAY ilə imzalanan müqavilə əsasında CİBPAY-in təqdim etdiyi xidmətlərdən istifadə edən hüquqi və ya fiziki şəxs;
    • "İstifadəçi hesabı" – CİBPAY proqram təminatında İstifadəçi üçün yaradılan, İstifadəçiyə göstərilən Xidmətin təfərrüatları barədə məlumatların əks olunduğu istifadəçi interfeysi;
    • “Qanun” - “Ödəniş Xidmətləri Və Ödəniş Sistemləri Haqqında” Azərbaycan Respublikasının Qanunu və ödəniş sistemini tənzimləyən digər qanunvericilik aktları;
    • "Şəxsi məlumatlar" - ad, soyad, şirkət adı, poçt ünvanı, telefon nömrəsi, e-poçt ünvanı və sosial media hesab məlumatları kimi əsas şəxsi və iş məlumatları;
    • "Brauzer məlumatı" - IP ünvanı, ziyarət edilən internet səhifəsi, şəbəkə bağlantısı, cihaz məlumatları, çərəzlər və digər məlumatlar daxil olmaqla internet brauzer vasitəsi emal olunan məlumatlar;
    • "Nəzarətçi" - şəxsi məlumatların işlənməsinin məqsəd və vasitələrinin qanunvericilik çərçivəsini müəyyən edən dövlət qurumları;
    • "Çərəz" (cookies) - onu yerləşdirən internet səhifəsinin əldə edə biləcəyi anonim bənzərsiz bir identifikatoru olan, kompüterin sabit diskində yerləşən kiçik bir fayl;
    • "Cihaz məlumatı" - Xidmətlərdən istifadə edərkən cihazdan toplanan cihaz ID nömrəsi, modeli və istehsalçısı, əməliyyat sisteminizin versiyası və internetə qoşulduğu coğrafi bölgə kimi bir cihaz haqqında məlumat;
    • "Tərəfdaş" – Xidmətin icrası və qüsursuz icrasının təmin olunması üçün CİBPAY-in əməkdaşlıq etdiyi üçüncü tərəf şirkətlər və təşkilatlar;
    • "Ödəniş aləti" -ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş sərəncamının verilməsi məqsədilə istifadə olunan və ödəniş xidməti təchizatçısı ilə razılaşdırılmış hər hansı bir fərdiləşdirilmiş alət və (və ya) prosedurlar toplusu;
    • "İşləmə" - Şəxsi Məlumatların ötürülməsi, yayılması və ya başqa bir şəkildə təqdim edilməsi, məhdudlaşdırılması, silinməsi və ya məhv edilməsi yolu ilə açıqlanması və üzərində toplama, qeyd etmə, təşkil etmə, strukturlaşdırma, saxlama, uyğunlaşdırma və ya dəyişdirmə, axtarış, məsləhətləşmə, istifadə daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan, avtomatik vasitələrlə həyata keçirilən hər hansı bir əməliyyat və ya əməliyyatlar toplusu;
    • "Təhlükəsizlik Məlumatı" - istifadəçi kimliyi, parol və parol göstərişləri və təsdiqləmə və hesaba giriş üçün istifadə olunan digər təhlükəsizlik məlumatları;
    • "Xidmət" – CİBPAY-ə məxsus proqram təminatı vasitəsi ilə İstifadəçilərə göstərilən ödəniş xidməti;
    • “Ödəniş” – ödəniş xidməti istifadəçisi və İstifadəçi arasında öhdəliyin mövcud olmasından asılı olmayaraq, onlardan hər hansı birinin təşəbbüsü ilə vəsaitin mədaxil edilməsi, köçürülməsi və ya məxaric edilməsi;
    • "Əməliyyat Məlumatı" – ödəniş xidmətinin göstərilməsi zamanı yaranan İstifadəçi, ödəniş xidməti istifadəçisi, ödəniş aləti və digər aidiyyəti məlumat;
    • "Ödəyici" – CİBPAY-yə məxsus proqram təminatının istifadə olunduğu Sayta daxil olaraq və ya CİBPAY-in proqram təminatının istifadə olunduğu İstifadəçi-yə məxsus informasiya resurslarında Xidmətdən istifadə edən İstifadəçi ilə qarşılıqlı əlaqədə olan ödəniş xidməti istifadəçisi fiziki və ya hüquqi şəxslər.
  • Toplanan məlumat və saxlama müddəti

    • Xidmətdən istifadə zamanı Şəxsi məlumatlar, Brauzer məlumatı, Cihaz məlumatı və Ödəniş Məlumatı kimi məlumatları toplayıb Qanunun müəyyən etdiyi çərçivədə emal edib saxlayırıq;
    • Qeyd olunan məlumatın toplanmasının əsas məqsədləri aşağıdakılardır:
    • Xidmətin yüksək keyfiyyətini və qüsursuz icrasını təmin olunması;
    • Ödəyici tərəfindən CİBPAY-ə və ya İstifadəçilərə ünvanlana biləcək müraciət və ya şikayətlərin araşdırılması məqsədilə dəstək xidmətinin göstərilməsi;
    • Xidmətin yüksək keyfiyyətini və qüsursuz icrasını təmin etmək məqsədilə Tərəfdaşlarla əməkdaşlıq münasibətlərinin qurulması;
    • “Müştərini tanı” siyasəti çərçivəsində Nəzarətçi qurumların Qanunla müəyyən etdiyi qayda və tələblərə riayət olunması;
    • “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun və Azərbaycan Respublikasının iştirak etdiyi ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrin müəyyən etdiyi qayda və tələblərə riayət olunması;
    • Nəzarətçi qurumlar tərəfindən daxil olan müraciət və sorğuları cavablandırılması.
    • Toplanan məlumatın saxlanma müddəti Qanunla müəyyən olunur və Nəzarətçi qurumların icrası məcbur təlimatlarına və göstərişlərinə müvafiq olaraq dəyişdirilə bilər.
  • Məlumatların istifadə olunması

    • Xidmətdən istifadə zamanı toplanan məlumatlar ancaq bu Məxfilik Siyasətinin 2-ci bəndində qeyd olunan məqsədlərlə istifadə oluna bilər;
    • Xidmətin yüksək keyfiyyətinin təmin olunması məqsədilə və ən yüksək təhlükəsizlik tələblərinə riayət olunması şərtilə, CİBPAY, toplanan məlumatları aşağıdakı hallarda da istifadə etmək hüququna malikdir:
    • İstifadəçilərə göstərilən Xidmətin yüksək konversiya əmsalının təmin olunması;
    • Ödəniş zamanı Ödəyicilərə daha rahat müştəri təcrübəsinin yaşadılması;
    • Təqdim olunan Xidmət barədə yeniliklərin və dəyişikliklərin İstifadəçilərə və Ödəyicilərə CİBPAY-ə məxsus informasiya resursları və sosial media hesabları vasitəsi ilə çatdırılması.
    • CİBPAY-in əməkdaşlıq etdiyi Tərəfdaşların, o cümlədən beynəlxalq kart təşkilatlarının (Visa, Mastercard, Unionpay, Amex, Diner’s Club və s.) ödəniş prosesinə dair təlimat və tövsiyələrinə riayət olunması.
    • Toplanan məlumatların bir hissəsi İstifadəçilər tərəfindən Ödəyicilərə təqdim olunan xidmətin keyfiyyətinin artırılması və Ödəyicilər tərəfindən İstifadəçilərə birbaşa yönləndirilən müraciət və şikayətlərinin araşdırılması məqsədilə paylaşıla bilər. Bu hallarda CİBPAY Qanunla müəyyən olunan qayda və tələblərə riayət edir, İstifadəçilər tərəfindən bu cür məlumatların Ödəyicilərin əleyhinə istifadə olunmasının qarşısının alınması üçün bütün tələb olunan təhlükəsizlik tədbirləri görür.
  • Çərəzlər

    • CİBPAY İstifadəçilər və Ödəyicilər tərəfindən Xidmətdən istifadə zamanı Saytları ziyarət edərkən bu Məxfilik Siyasətinin 2.2-ci bəndində qeyd olunanları məqsədlərlə çərəzləri toplayıb istifadə edir;
    • Çərəz növlərinə aşağıdakılar daxildir:
    • Saytın işləməsi üçün zəruri olan çərəzlər;
    • Video və canlı söhbət kimi inkişaf etmiş funksionallığı təmin edən funksional çərəzlər;
    • Zamanla Saytımızı yaxşılaşdırmağa imkan verən sayt istifadəsi ilə bağlı statistik məlumatlar verən analitik çərəzlər;
    • İstifadəçi təcrübəsini artırmaq üçün profillər yaratmaq və ya məzmunu fərdiləşdirmək üçün istifadə olunan hədəfləmə və reklam çərəzləri.
    • İstifadəçinin və ya Ödəyicinin brauzerdən istifadə təcrübəsindən asılı olaraq saytlarımızda həm sessiyaya əsaslanan, həm də davamlı çərəzlərdən istifadə oluna bilər;
    • İstifadəçi və ya Ödəyici bu çərəzlərin toplanmasını və saxlanılmasını brauzerinin təqdim etdiyi texniki imkanlarından istifadə edərək öz istəyinə uyğun olaraq tənzimləyə bilər;
  • Məlumatın qorunması

    • Toplanan məlumatların sui-istifadə edilməsi hallarından qorunması məqsədilə CİBPAY aşağıdakı tədbirləri görür:
    • Məlumatların toplanması və ötürülməsi zamanı Secure Sockets Layer (SSL) texnologiyası ilə şifrələnməsi;
    • Ödəniş aləti məlumatlarının beynəlxalq PCI/DSS standartlarına uyğun olaraq emal olunması.
    • Məlumatların toplanması, emalı və istifadəsi zamanı CİBPAY tərəfindən təmin olunan təhlükəsizlik tədbirləri ilə yanaşı İstifadəçi və ya Ödəyici şəxsi məlumatların məxfiliyinin qorunması ilə bağlı şəxsi məsuliyyət daşıyır;
    • İstifadəçi və ya Ödəyicinin şəxsi səhlənkarlığı səbəbilə şəxsi məlumatları itirməsi, düzgün istifadə etməməsi, bilərəkdən üçüncü tərəflərə ötürməsi kimi hallarda İstifadəçi və ya Ödəyiciyə dəymiş ziyana görə CİBPay heç bir məsuliyyət daşımır;
    • Bu Məxfilik Siyasətinin 5.3-cü bəndinin baş verməsi halında CİBPAY həmin İstifadəçi və ya Ödəyiciyə Xidmət göstərmək imtina etmək hüququna malikdir.
  • Yetkinlik yaşına çatmayanlar

    • CİBPAY heç bir halda 18 yaşdan kiçik şəxslərin şəxsi məlumatlarını bilərəkdən toplamır;
    • CİBPAY 18 yaşdan aşağı və ya şəxsin aid olduğu yurisdiksiyada yetkinlik yaşı üçün müəyyən edilmiş yaşa çatmamış İstifadəçilərə və Ödəyicilərə Xidməti göstərməmək hüququna sahibdir.
  • Məxfilik Siyasətinə dəyişikliklər

    • Bu Məxfilik Siyasəti CİBPAY tərəfindən istənilən vaxt yenilənə bilər;
    • Ən son Məxfilik Siyasəti ilə tanış olmaq üçün aşağıdakı internet ünvanına keçid edə bilərsiz: https://cibpay.az/privacy-policy/.
  • Əlaqə Məlumatları

    Bu Məxfilik Siyasəti və CİBPAY tərəfindən göstərilən Xidmət ilə bağlı əlavə məlumat əldə etmək üçün aşağıdakı əlaqə vasitələri ilə bizimlə əlaqə saxlaya bilərsiniz:

    Şirkət: “CİBPAY” MMC Ünvan: Xətai Plaza, 12-ci mərtəbə Xocalı pr. 13A Bakı, Azərbaycan Müştəri xidmətləri: (+994) 55 350 82 82, [email protected]

    Son dəyişiklik tarixi: 20.12.2024

Контакты

Как подключиться к CIB Pay?

Свяжитесь с нашим менеджером по продажам

(+994 55) 202 71 54

Обслуживание клиентов

[email protected]
Начать сейчас

Есть вопрос?

Часто задаваемые вопросы

Что такое СİB Pay?

CİB Pay — многофункциональный поставщик платежных. услуг Предоставляет услуги по собиранию средств через различные каналы оплат.

Как подключиться к CIB Pay?

Для получения дополнительной информации о наших услугах, пожалуйста, свяжитесь с нашим менеджером по продажам или службой поддержки клиентов.

Для кого предназначен CIB Pay?

Воспользоваться услугой может любой налогоплательщик, занимающийся коммерческой деятельностью

Какими услугами я могу воспользоваться?

  • Э-коммерция
  • Оплата по ссылке
  • QR Код
  • Вывод средств
  • Платежные Терминалы
  • Tap to Phone

Платная ли техническая поддержка CIB Pay?

Наши службы Обслуживания Клиентов и Технической Поддержки доступны бесплатно 24/7

Можно ли оплатить иностранной картой?

Возможна оплата любыми картами Visa и MasterCard

Все платежи осуществляются легко, удобно и безопасно!

Начать сейчас